Bu dəfə yeni doğulan oğlan uşağı küçəyə atıldı

Ucar rayonunda yeni doğulmuş uşaq tapılıb.
AFN-in xəbərinə görə, bu barədə Oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, körpə səhər saatlarında küçədə tapılıb.
Oğlan uşağı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtda "Yaşıldərə” yaşayış massivində zibil qutusundan yeni doğulmuş uşaq tapılmışdı.