Medvedev fransalı naziri müharibə ilə hədələdi: “Sözünüzə fikir verin!”


Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Maliyyə Nazirliyinin nümayəndəsini “sözünə fikir verməyə” çağırıb və “total maliyyə müharibəsi” ilə bağlı bəyanatlardan sonra real müharibə təhlükəsini xatırladıb.


“Bu gün hansısa fransalı nazir dedi ki, bizə iqtisadi müharibə elan ediblər. Sözünüzə fikir verin, cənablar! Və unutmayın ki, bəşəriyyət tarixində iqtisadi müharibələr çox vaxt real müharibələrə çevrilib”, - deyə Medvedev “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, Fransa Maliyyə Nazirliyinin rəhbəri Bruno Le Mer “Rusiyaya qarşı qlobal iqtisadi və maliyyə müharibəsi aparmağa” hazır olduğunu bəyan edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov onun sözlərini “yüksək konsentrasiyalı” təhlükə adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu