“Location” gecə klubunun sahibi məlum oldu - FOTO


Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunun kimə məxsus olması məlum olub.


AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur.

Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.

Qeyd edək ki, “Lacation” gece klubu martın 19-da fəaliyyətə başlayıb. Klubu icarəyə götürən Rəsul Rəsulov İnstaqramda tanınmış bloqerdi.

Fotolarda Rəsul Rəsulov





Xatrıladaq ki, hadisə ilkin ehtimalla qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu