Daşınmaz əmlakın icarəsindən dövlət büdcəsinə daxilolmalar 76,5 % artıb - nazir


Azərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb.


Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında paylaşım edib.

"Bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 76,5 % artaraq 6 milyon 371,3 min manat olub", - nazir qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu