Ayağı düz qalan qaziyə əlillik verilmir - Sahil Babayevin qazilərə divam tutması ilə bağlı daha bir fakt


Ayaz Kazimov həm çəpər qonşumuzdur, həm qohumumuz. II Qarabağ savaşında kişi kimi döyüşüb. Döyüşdüyü bölüklə bir postu azad eriblər Xocavənddə. Növbəti postu azad etməyə çalışanda yaralanıb. Şəhid əsgər yoldaşını döyüş bölgəsindən çıxarmağa çalışanda, erməni snayperi ayağından vurub.


AFN.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyası Mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı bildirib. Onun sözlərinə görə, qazimiz uzun müddət yataqda qalıb, ayağında da dəmir millər: "2020-ci ilin noyabrında yaralanıb. Hələ əlillik ala bilməyib. Dedilər dəmirlər çıxarılsın, sonra verək. Sonra dedilər ki, ayaq masaj olunmalıdır, nə bilim hansısa müalicədən keçməlidir. 17 aydır yaralı olan qaziyə hələ əlillik verilmir. Hələ 3 ay da uzadılacaq ən azı. Ayağı işləmir. Düz qalıb.
İndiyə kimi aldığı pul 2-3 min olub yəqin ki. Sığorta, ya nəsə belə bir şey. Bakıya bir kursa gəlməyinin avtomobil, taksi xərci 500 manatdan çox edir. Ayrıca maşın tuturlar. Atası ağır ürək xəstəsidir. Oğlunun yaralanmağını eşidəndə isə şəkər xəstəliyi tapıb. Təqaüdü kəsildi keçən il. Qocalığa görə də təqaüd almağına hələ var. Kənddə yaşayırlar. Əkin əkir, 3-4 inək saxlayırlar. Yaşayışları müharibəyə görə (sadaladığım və başqa səbəblər) çətinləşib.
Ayaz müharibədən əvvəl Bakıda usta işləyirdi. Aylığı 1000 manatın üzərində idi.
17 ayda Ayazın ailəsinin "qazancı" budur: ən azı 20 min maaş zərəri, atasının şəkər xəstəsi olması, ailənin yaşadığı mənəvi çətinliklər, yeriməyən ayaq, kəsilən təqaüd və əlillik alınması üçün SÜRÜNDÜRMƏÇİLİK.
Bizim hökumətin qazimizə qoyduğu hörmət budur. Adını qeyd etdiyim qurumların qalustukluları, yalandırsa, mətbuat katibləriniz çıxıb desin ki, yalandır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu