"Qoç Ət" jurnalisti təkzib etdi: "Xalqın gözü tərəzidir"


Şuşadakı "Qoç Ət" restoranı jurnalist Vəfa Şəhlayinin iddiası ilə bağlı açıqlama yayıb.


AFN.az xəbər verir ki, V.Şəhlayi restoranda Vətən Müharibəsi qazilərinə çay verilmədiyini deyib. Bildirib ki, onlara restoranda deputatların olduğunu və onlara qulluq edildiyini deyərək çay verməyiblər. Restorandan Qafqazinfoya bildirilib ki, məlumat həqiqətə uyğun deyil: “Dünən sosial şəbəkələrdə haqqımızda yayılan məlumat heç bir halda həqiqəti əks etdirmir. Bu, çirkin şər, böhtan və qarayaxmadan başqa bir şey deyil. Şuşa şəhərindəki restoranımızda sifarişin gecikməsini guya imtina edilməsi kimi qələmə verənlərə ayıb olsun! Xalqın gözü tərəzidir. Azərbaycanın yerli brendi olaraq daim müzəffər Ali Baş Komandan, cənab Prezidentin, şəhid ailələrimizin, qazilərimizin, hərbçilərimizin və xalqımızın yanındayıq və bundan qürur duyuruq!”

Xatırladaq ki, ötən il də sosial şəbəkədə “Qoç ət”in Şuşa filialında nahar edən hərbçilərimizə 700 manat məbləğində hesab gəlməsi ilə bağlı xəbər yayılmışdı. İddia edilirdi ki, bu səbəbdən restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb. Restoranlar şəbəkəsindən isə sözügedən məlumatı təkzib edərək böhtan və təxribat adlandırmışdılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu