Şuşadakı "Qoç Ət" restoranında rəzalət! - Deputatlara görə qazilərə çay verilmədi


Şuşadakı "Qoç Ət" restoranından şikayət var.


AFN.az xəbər verir ki, jurnalist Vəfa Şəhlayi adıçəkilən restoranda qazilərə çay verilməməsini yazıb: "Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə, bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər yaxşı gətirərik. Sonra ofisiant getdi adminstratorla məsləhətləşdi, gəldi ki, indi sizə çay verə bilmərik. Çünki Bakıdan qonaqlar gəliblərmiş, millət vəkilləri var imiş, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı. Gedib deyirəm ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir, yuxarıda adamlar var, samovarda su qurtarıb.
Bir ara da guya qazilərə endirim PR-ı edirdilər. O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir. Sadəcə ayıb olsun, haram olsun! Şuşaya gedənlərdən bu restoranı baykot etmeyi xahiş edirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu