"Azərbaycan İnvestisiya Şirkəti" quru meyvə istehsalı zavoduna pul qoyacaq

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə “Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 milyon manat investisiya qoyulması barədə müqavilə imzalanıb.
AFN.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.
"İnvestisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir", - deyə o, qeyd edib.