Vətən müharibəsində iştirak etmiş şəxslərin NƏZƏRİNƏ! - Nazir AÇIQLADI


"44 günlük Vətən müharibəsində iştirak etmiş tələbələrin sosial kredit növündən yararlanması üçün hökumətə müraciət edilib".



AFN xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ailə başçısına itirməyə görə müavinət alan ailələrin övladlarının da bu kateqoriyaya salınması üçün də aidiyyəti üzrə müraciət edilib.



İcraçı direktor həmçinin bildirib ki, payız semestri ərzində, təxminən, 5000-ə yaxın tələbənin təhsil kreditləri üçün müraciət etməsi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu