Azərbaycanda alternativ hərbi xidmət reallaşdırılmalıdır - RƏY


Hüquqşünas Əkrəm Həsənov orduda xidmət yaşının 24-ə çatdırılması təklifilə çıxış edib. Ekspert hesab edir ki, bu, həm yetkinlik yaşının atması, həm də gənc əsgərlərin ölüm hallarının azalması üçün lazımdır. Ə.Həsənov təklif edib ki, əsgərlik yaşı tədricən 18-dən 24-ə qaldırılsın.


Mövzu ilə bağlı AFN.az-a danışan hərbçi jurnalist, Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu bildirib ki, Azərbaycan Ordusunun peşəkar orduya çevrilməsi vacibdir: "Eyni zamanda alternativ xidmət deyilən bir anlayış var. Xidmət əvəzinə ödənişlər edirlər. Həmçinin Türkiyə modeli var. 24 yaş məsələsindən heç bir xəbərim yoxdu. Elə bir fikir də yoxdur. Ancaq fikirimcə, Ordumuz Türkiyə modelinə keçsə, daha yaxşı olar. İmkanlı ailələrin övladları heç biri xidmət etmir. Adları gedir və böyük məbləğdə pul ödəyirlər. Məsələn, əvvələr MTN-nin hərbi hissələrində xidmət etmək üçün 15-20 min pul ödəyirdilər. Bir sözlə, rüşvət verirdilər. Təbii ki, indi dəyişiklik olub. Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Ora xalqın bu gün güvəndiyi bir yerdir. Elə halların indi olmasını da düşünmürəm. Xidmət etməyənlərin də çoxusunun hərbi bileti var. Açıq-aydın görünür ki, pullarını kiminsə cibinə verirlər. Elə bundansa rəsmiləşdirsinlər ki, onlar xidmət etmək istəmir. Ümumiyyətlə peşəkar ordumuz olmalıdır".

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, xidmətin 24 yaşa qaldırılması real deyil: "Bu, qəbul edilən də deyil. Buna heç bir ehtiyac da yoxdur. 18 yaşlı gənc ilə 24 yaşlı gəncin potensial olaraq fiziki imkanları arasında fərq çox azdır. Əsgərlik yaşını 24-ə qaldırmaqla əhali artımını müəyyən qədər ləngidə bilərik. Belə bir ehtimal yoxdur".

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu