Könüllü təslim olan rus hərbçilərini həbs gözləyəcək – Qanun imzalandı


Rusiya prezidenti Vladimir Putin könüllü təslim olan hərbçilərə 10 il həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.


Bu barədə hüquqi informasiya portalı məlumat yayıb.

Hərbi qulluqçu əsirlikdə olduğu müddətdə Rusiya ordusuna qayıtmaq üçün addımlar atıbsa və başqa cinayətlər törətməyibsə, cinayət məsuliyyətindən azad oluna bilər.

Dəyişikliklər, həmçinin hərbi vəziyyət dövründə hərbi əmlakın qəsdən məhv edilməsinə və ya zədələnməsinə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetməni də nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu