Sabirabadda Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub


Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000kv.m sahədə yanıb.


Bu barədə AFN.az-a FHN-dən bildirilib.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın gecə saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu