Rusiyadan qayıdan keçmiş əriylə barışmayan qadın övladının gözü qarşısında öldürüldü - VİDEO


Sevgi həmişə xoşbəxtliyə deyil, dəhşətli hadisələrə də səbəb olur. Tovuzda ər keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib.



AFN.az xəbər verir ki, Rusiyadan qayıdan keçmiş ərinin barışıq təklifinə yox deməsi qadının həyatı bahasına başa gəlib.

Hadisə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində baş verib. Bir müddət əvvəl Rusiyadan qayıdan ər keçmiş həyat yoldaşı ilə barışmaq istəyib. Bu zaman aralarında yaranan mübahisə davaya çevrilib.

Nəticədə ər bıçaqla övladının gözü qarşısında keçmiş həyat yoldaşının boğazını kəsib. İki uşaq anası olan Ramilə Rüstəmova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ətraflı İTV-nin videomaterialında izləyə bilərsiniz:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu