Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada öldü
Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb.
AFN Report-a istinadla xəbər verir ki, hadisə noyabrın 5-də Qax rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü, epilepsiya xəstəsi olmuş K.Feyzullayevin halı pisləşərək yerə yıxılıb.
Kəllə-beyin travması alan 41 yaşlı şəxs Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin K.Feyzullayev noyabrın 15-də orada vəfat edib.
Araşdırma aparılır.