İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində son 2 ay ərzində “BRAVO” marketlər şəbəkəsinin Əhmədli, Koroğlu, Gənclik Mall və Sumqayıt filiallarından 41 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.


AFN.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən may ayında start verilmiş layihə çərçivəsində bugünədək 232 kq işlənmiş batareya toplanıb.

“Layihənin məqsədi insan sağlamlığına zərər verən, ətraf mühiti çirkləndirən istifadəyə yararsız elektrik batareyaların toplanaraq çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsidir”.

S.Məmmədova bildirib ki, hazırda işlənmiş batareyaları toplama qutuları “Bravo”, “Araz”, “Neptun”, “Rahat”, “Bazarstore” marketlərində yerləşdirilib. Yaxın zamanlarda bir çox bank və otellərdə də bu cür qutuların yerləşdirilməsi planlaşdırılır.

“Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu