DÇ-2022: Belçika millisinin futbolçuları arasında insident baş verib


Belçika millisinin futbolçuları Kevin De Brüyne və Tobi Alderveyreld arasında insident baş verib.



"Report"un xarici KİV-ə istinadən məlumatına görə, hadisə "qırmızı şeytanlar"ın Qətərdə keçirilən dünya çempionatında Kanadaya 1:0 hesabı ilə qalib gəldikləri F qrupunun I tur oyunu zamanı yaşanıb.

Komanda yoldaşları vurulan qolu qeyd edərkən İngiltərənin "Mançester Siti" klubunun futbolçusu taktiki məsələləri müzakirə etmək üçün yığmanın baş məşqçisi Roberto Martinesə yaxınlaşıb. Bu zaman söhbətə Alderveyreld də qoşulub və oyunçular bir-biri ilə yüksək tonda danışmağa və mübahisə etməyə başlayıblar.

Matçdan sonra açıqlama verən hər iki futbolçu münaqişənin ciddi olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu