“Traktor”un sabiq futbolçusu edam olunacaq

Təbrizin “Traktor” klubunun sabiq futbolçusu Amir Nasr Azadani İranda baş verənlərə etiraz etdiyi üçün edam cəzasına məhkum olunub.
Bu barədə Təbriz təmsilçisinin tviter hesabında məlumat verilib.
Klub 26 yaşlı yarımmüdafiəçinin həyatının təhlükədə olduğunu bildirib.
Xatırladaq ki, Amir Nasr Azadani son olaraq 2021-ci ildə “İranjavan”ın formasını geyinib.