Batumidə yaşayış kompleksi yanır - VİDEO


Batumidə gecə VOX yaşayış kompleksində yanğın baş verib.


AFN.az Gürcüstan mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın kompleksin sonuncu mərtəbəsində yerləşən restorandan başlayıb. Hadisə şahidləri bildiriblər ki, yanğınsöndürmə briqadaları alov mənbəyinə çata bilməyiblər. Buna səbəb onların sərəncamında helikopterin olmamasıdır. Yanğınsöndürənlər yanğını içəridən söndürməyə çalışsalar da, yanğın aşağı mərtəbələrə keçib.

25 mərtəbəli kompleksin sakinləri təxliyə edilib. Onlar qonşu binaların sakinlərindən də mənzilləri tərk etməyi xahiş ediblər - binalar yaxın ərazidə yerləşdikləri üçün yanğının yayılması təhlükəsi var.

Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu