İsveç NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı
İsveç NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdığını açıqlayıb.
AFN.az xəbər verir ki, İsveç xarici işlər naziri Tobias Billstörüm Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra verdiyi açıqlamada, mövcud vəziyyətə görə NATO-ya üzvlük prosesini dayandırdıqlarını bildirib. Billström əlavə edib ki, onlar iyulda Vilnüsdə keçiriləcək NATO sammitində İsveçin NATO-ya tamhüquqlu üzvlüyünə ümid edirlər.
Türkiyədə seçkilərin keçiriləcəyini xatırladan Billström, "Türkiyə hazırda seçki kampaniyasının ortasındadır, ona görə də bunu da nəzərə almağın vacib olduğunu vurğulamaq istərdim" - deyə bildirib.