Bayden Ərdoğana zəng edib


ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib.


AFN.az xəbər verir ki, Bayden Ərdoğana təbii fəlakətdə həyatını itirənlərlə bağlı başsağlığı verib, yaralananlara şəfa diləyib.

Dünən Türkiyədə ard-arda iki zəlzələ baş verib. Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə olan zəlzələ nəticəsində 2 316 nəfər həlak olub, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb. Xilasetmə əməliyyatları davam edir. Dünyanın onlarla ölkəsi Türkiyəyə yardım və dəstək göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu