Ceyhun Bayramov Türkiyəyə səfər etmək arzusunda olduğunu bildirib


Baş verən ağır zəlzələdən sonra dünya Türkiyəyə güclü dəstək nümayiş etdirir.


AFN.az-ın xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşündən sonra belə deyib. O bildirib ki, hazırda dünyanın 56 ölkəsindən 6479 xilasedici fəlakət zonasındadır: "Növbəti 24 saat ərzində daha 19 ölkədən xilasedicilər Türkiyəyə gələcək”.

Çavuşoğlunun sözlərinə görə, ŞKTC də hər zaman olduğu kimi, belə böyük bir fəlakət qarşısında yardım əlini uzadıb.

Türkiyə XİN rəhbəri Türkiyə ilə həmrəylik nümayiş etdirdiklərinə görə beynəlxalq ictimaiyyətə minnətdarlığını bildirib: "95 ölkədən və 16 beynəlxalq təşkilatdan kömək təklifi almışıq. Bir çox ölkələr axtarış-xilasetmə qrupları, həkimlər, səhra xəstəxanaları və humanitar yardım göndərir".

Çavuşoğlu bildirib ki, zəlzələdən dərhal sonra Pakistanın baş naziri Şahbaz Şərif, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də bir çox rəsmi şəxslər dəstək üçün Türkiyəyə səfər etmək arzusunda olduqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu