Ermənistanın müdafiə naziri istefaya gedir

Ermənistanın müdafiə naziri Suren Papikyanın yaxın günlərdə istefa verəcəyi gözlənilir.
AFN.az xəbər verir ki, bununla bağlı xəbəri “İravunk” qəzeti yaylb. Qəzetə məlumat verən mənbələr onun diplomatik fəaliyyətə keçəcəyini bildiriblər.
“Bütün bunlar Suro ilə Nikol arasındakı razılaşmanın nəticəsidir. Eyni zamanda, Nikol bir daşla iki quş vurmuş olacaq. Birincisi, o, Papikyandan qurtulmaq üçün ağalarının göstərişlərinə əməl edəcək. İkincisi, 15 hərbçinin ölümünü Papikyanın ayağına yazacaq. Beləliklə də buxarı buraxacaq. Eyni zamanda Nikol Papikyana yüngül iş vəd edərək, “Vətəndaş Müqaviləsinin” bütün üzvlərinin işsiz qalmayacaqlarını açıq şəkildə bəyan edib” - deyə qəzet yazır.
M.Vahidli