Ramzan Kadırov “Millət atası” elan edildi


Çeçenistan parlamenti respublikanın konstitusiyasına bir sıra düzəlişləri təsdiqləyib.


AFN.az-ın xəbərinə görə, yeni dəyişikliyə əsasən, “Mehk-Da” kimi tanınan respublika rəhbərinin vəzifəsi təsdiq edilib. Bu ifadə birbaşa “Ölkə atası” kimi tərcümə olunsa da, çeçen dilində “Millət atası” mənasında işlənir.
Çeçenistanın konstitusiyasına dəyişiklikləri yerli parlamentin rəhbəri Maqomed Daudov təklif edib.
“Mehk-Da” konsepsiyasına görə, Çeçenistan rəhbərinin rolu dinin, xalqın və onun maraqlarının, mədəniyyətinin və adət-ənənələrinin müdafiəsini özündə əks etdirir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu