Beyrutda etirazlar: Livan Bank Assosiasiyasının rəhbərinin evi yandırıldı

Livanın paytaxtı Beyrutda insanlar həyat şəraitinin pisləşməsi, bankların bağlanması və dolların bahalaşmasına etiraz olaraq küçələrə çıxıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, nümayişçilər müxtəlif ərazilərdə, o cümlədən banklarda təkər yandırır, avtomobillər və zibil qabları ilə yolları bağlayır. Yollarda böyük tıxaclar yaranıb. Medianın yazdığına görə, qəzəbli əmanətçilər Livan Banklar Assosiasiyasının rəhbərinin evini də yandırıblar.
Ölkənin şəhər və rayonlarında küçələrdə etirazlar fonunda ordu birlikləri geri çəkilib. Etirazçıların sayı barədə məlumat verilmir. İğtişaşlar zamanı həlak olanlar barədə də məlumat yoxdur.