Bayden Ukraynaya 700 tank verdi

Fevralın 20-də ABŞ Prezidenti Co Bayden elan olunmamış səfərlə Ukraynaya gəlib.
Səfər zamanı o, Ukraynaya 500 milyon dollar müdafiə yardımı ayrıldığını açıqlayıb. ABŞ Prezidenti həmçinin, bəyan edib ki, rəsmi Vaşinqton müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynaya 700-ə yaxın tank və digər yardımlar göstərməyi öhdəsinə götürüb.
Bundan əlavə, ABŞ-ın yeni yardım paketinə HIMARS və haubitsalar üçün döyüş sursatı, Javelin ATGM-lərin və digər tank əleyhinə sistemlərin əlavə partiyaları, müşahidə avadanlıqları və radarlar daxildir.
Öz növbəsində, Zelenski qeyd edib ki, Baydenlə danışıqların nəticələri tezliklə döyüş meydanında görünəcək.
M.Vahidli