İranlı şagirdlərə bioloji terror edilib - deputat


İranda orta məktəblərdə qız şagirdlərinin zəhərlənməsi hallarına müxtəlif şəhərlərdə daha çox rast gəlindiyi barədə məlumatlar artır.


Lakin problemin həlli istiqamətində rəsmilər arasında heç bir koordinasiyalı fəaliyyətdən hələ də əsər-əlamət yoxdur.
İran parlamentinin üzvü Məhəmməd Həsən Asəfəri İLNA agentliyinə müsahibəsində bu hadisənin məqsədyönlü şəkildə törədilmiş terror aktı olduğunu deyib. “Şagirdlərin zəhərlənməsi elə bir hadisə deyil ki, parlament, hökumət və məhkəmə sistemi bunu görməzdən gəlsin, yaxud ona əhəmiyyətsiz yanaşsın. Bu məsələ ciddi araşdırılmalıdır. Çünki məncə, bu, bioloji terrordur”, - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, bu zəhərlənmələr qəsdən və müəyyən dairələr tərəfindən məqsədli şəkildə törədilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu