Ukraynanı tərk edərək Avropaya gedənlərin sayı azalıb


Ukraynadan Avropaya, xüsusən də Fransaya gedən qaçqınların sayı azalıb. Lakin bununla belə, ölkəni tərk edənlər hələ də var.


AFN.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" yazıb. Sərnişindaşıma şirkətlərindən bildirilib ki, müharibənin ilk günlərində növbələr daha çox idi, indi qaçqın axını azalıb. "Western Trans"ın rəhbəri Miroslav Driquş bildirib ki, hazırda həftədə bir neçə dəfə Ukraynadan Fransaya insanları aparır, həmçinin humanitar yüklər daşıyır. "Ən uzun növbələr müharibənin ilk günlərində oldu - əvvəlcə bütün gün, sonra isə 3-4 saat dayandıq. Növbələrlə bağlı vəziyyət təxminən bir aydan sonra normallaşdı. Amma qaçqınlar indi də (Avropaya - red.) getməyə davam edirlər. Ötən həftə bizimlə birlikdə 34 nəfər səyahət edib. Bunlardan 20-25-i fevralın 24-ü ərəfəsində ikinci işğaldan ehtiyat edərək gedənlər olub. Adi günlərdə 10-15 sərnişinimiz olur", - deyə o, bildirib.

Müharibənin 1 ilində Fransaya böyük insan axını yoxdur. Bəziləri qohumlarını ziyarət etmək üçün xaricə gedir, bəziləri Ukraynaya səfər etdikdən sonra ora qayıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu