Britaniyada meyvə və tərəvəz qıtlığı ərzaq qiymətlərində rekord artıma səbəb olub
![](/uploads/posts/2023-03/1679988220_bber.jpg)
Böyük Britaniyada mart ayında ərzaq inflyasiyası illik 15%-ə çatıb. Bu, 2005-ci ildən bəri ən yüksək göstəricidir.
AFN.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, meyvə və tərəvəz çatışmazlığı ölkədə ərzaq inflyasiyasının kəskin artımına səbəb olub.
Britaniyada fevral ayında ərzaq inflyasiyası 14,5% təşkil edib. Meyvə-tərəvəzin qiyməti 0,7 faiz bəndi artaraq 17 faizə çatıb. Nəşrin fikrincə, bu, Avropa və Şimali Afrikada məhsul çatışmazlığına səbəb olub. Meyvə-tərəvəzin bahalaşması da enerji böhranı ilə əlaqədar elektrik enerjisinin bahalaşmasına təkan verib.