Özəl klinikada 3 aylıq körpə öldü, ata həkimi günahlandırır

Sumqayıtda xəstəxanada vəfat edən 3 aylıq körpənin atası hüquq-mühafizə orqanlarına müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü R.Mirzəyev aprelin 4-də etdiyi müraciətdə 3 aylıq övladının Sumqayıtdakı “Nesta Med” klinikasının həkiminin səhvi ucbatından öldüyünü iddia edib.
O, bildirib ki, martın 31-də övladını klinikaya aparıb və Bəxtiyar adlı həkim körpəni müalicə edib. Lakin az sonra uşaq dünyasını dəyişib.
R.Mirzəyevin müraciəti ilə bağlı araşdırmalara başlanılıb.