ABBA qrupunun əfsanəvi üzvü vəfat edib


Əfsanəvi ABBA gitaraçısı Lasse Uellander 70 yaşında vəfat edib. Musiqiçi xərçəng xəstəliyindən dünyasını dəyişib.


AFN.az "DailyMail"ə istinadən xəbər verir ki, Uelanderin qohumları məlumatı təsdiqləyib.

"Sevgili Lassenin əbədi yuxuya getdiyini bildirmək məcburiyyətindəyik. Bu yaxınlarda onun sürətlə yayılan xərçəng xəstəliyinə tutulduğu məlum oldu. Uellander qohumlarının əhatəsində öldü" - deyə məlumatda bildirilir.

Lasse Uellander 1952-ci ildə anadan olub və uşaq ikən gitara çalmağa başlayıb. Qeyd edək ki, gitara ifaçısı ABBA qrupu ilə 1974-cü ilin payızında işləməyə başlayıb. Uellander musiqi qrupunun 24 mahnısının və səkkiz albomunun yazılmasında iştirak edib.

ABBA-nın 1982-ci ildə dağılmasından bir il əvvəl Uellander öz albomunu buraxıb və sonra digər isveçli sənətçilərlə işləməyə davam edib. O, daha 11 albom buraxıb, sonuncusu 2006-cı ildə işıq üzü görüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu