Prezident yeni kənd təsərrüfatı naziri təyin edib
Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
AFN.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, M.Məmmədov buna qədər "Paşa Holding"in tərkibində olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb. O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru idi.
M.Məmmədov Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.






