Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Sudandan təxliyə ediləcək

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Sudandan təxliyə ediləcək.
AFN.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. BQXK-nın paytaxt Xartumda ofisi var.
Sudandakı münaqişənin səbəbi yeni mülki hökumətin formalaşdırılması üçün beynəlxalq səviyyədə dəstəklənən planla bağlı fikir ayrılığı olub. Hər iki tərəf bir-birini keçid dövrünü əngəlləməkdə ittiham edir.
ÜST döyüşlər başlayandan bəri yüzlərlə insanın öldüyünü, bir neçəsinin isə yaralandığını bildirib.