Bədənində dişlək izləri varmış - Məşq zamanı ölən 7 yaşlı uşaqla bağlı dəhşətli təfərrüat


Sumqayıtda idman zalında ölən 7 yaşlı Fərid Bakarovla bağlı yeni xəbər var.


AFN.az-ın məlumatına görə, tanınmış jurnalist Ləman Əliəşrəfqızı uşağın anası ilə bağlı bəzi ittihamlar səsləndirib. Özünün sosial şəbəkə hesabında yazan jurnalist bildirib ki, ana da məşqçi qədər uşağın ölümündə rol alıb: "Anasından gözüm su içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu qadın o manyak qədər uşağın ölümündə rol alıb. Zəng edən köhnə tanışlarımdan biridir. Həyat yoldaşı hadisə yerinə ən tez yetişən polis əməkdaşlarından olub. O nələr görüb, nələr. Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşım 3 gündür özünə gələ bilmir. Körpənin cansız bədəni onun qucağında olub. Bədənində dişlək yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm. Görüntülər ortaya çıxandan sonra ana sözlərini dəyişib. Görüntülər isə tək paylaşılanlardan ibarət deyil. Uşağa işgəncə kadrları yenə var. Bəs, bu şərəfsiz niyə məhz 7 yaşlı bu uşağı hədəf seçib? Bu sualın cavabı da məncə ana adlı qadındadır. Qısası, "ana havalanıb", " bədbəxt, zavallı ana" ifadələrini yazanda heç tələsməyin. Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı. Cinayətkarların cəzası isə ağır olmalıdır".

Qeyd edək ki, 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən döyülərək öldürüldüyü bildirilir. Belə ki, bir neçə gün əvvəl Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında məşqçi tərəfindən xəsarət yetirilən uşaq xəstəxanada ölüb. Əvvəlcə hadisənin ehtiyatsızlıqdan törədildiyi deyilsə də, sonradan M.Xəlilovun uşağa fiziki xəsarətlər yetirdiyini əks etdirən görüntülərin yayılması işin motivini dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu