"Volvo" İsveçdə 1300 ofis işçisini ixtisar edir


Avtomobil istehsalçısı "Volvo Car" AB İsveçdə təxminən 1,3 min ofis işçisini ixtisar etməyi planlaşdırır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, şirkətin İsveçdəki işçilərinin təxminən 6%-ni təşkil edir. Bu barədə şirkətin açıqlamasında qeyd edilib.

Bu proses xərc və resurs səmərəliliyinin optimallaşdırılması planının bir hissəsidir. "Keçən il başlatdığımız xərclərin azaldılması tədbirləri bəzi əsas sahələrdə öz bəhrəsini verməyə başlayır" - şirkətin direktoru Cim Rouan belə deyib. Onun sözlərinə görə, şirkət daha çox iş görməlidir: "Artan əmtəə qiymətləri və artan rəqabət yəqin ki, gələcəkdə bir müddət sənayemiz üçün problem olacaq".

2022-ci ilin dekabr ayına olan məlumata görə, "Volvo Car"ın dünya üzrə təxminən 43,2 min işçisi var.

Avtomobil istehsalçısının səhmləri cümə axşamı ticarətində 4% ucuzlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu