Qəribə oğurluq hadisəsi - Oğurladıqları ayaqqabıların hamısı sağ tay çıxdı


Peruda bir qrup oğru mağazadan 220 ayaqqabı oğurlayıb. Oğurlanmış ayaqqabıların hamısının sağ tay ayaqqabı olması maraqla qarşılanıb.


AFN.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, üç oğru gecə yarısı Huancayo şəhərində ayaqqabı mağazasından bazar dəyəri 13 min dollar olan 220 ayaqqabı oğurlayıb.

Polis məmuru Eduan Diaz verdiyi açıqlamada dəlillərin cinayət yerində araşdırmalar aparılaraq toplandığını, barmaq izləri və video görüntülər sayəsində soyğunçuların yerini müəyyən edəcəklərini bildirib.

Mağaza sahibi izah edib ki, oğurlanan ayaqqabılar hamısı orijinal brend məhsullardır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu