Məşhur italiyalı dizayner koronavirusdan ölüb





“Sergio Rossi” adlı lüks ayaqqabı markasının yaradıcısı, məşhur italiyalı dizayner Sergio Rossi koronavirusdan ölüb.

APA-nın "Vogue" jurnalına istinadən verdiyi xəbərə görə, 84 yaşlı dizayner İtaliyanın Çezena şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

S. Rossiyə koronavirusa yoluxma diaqnozu bir neçə gün öncə qoyulub və o xəstəxanaya yerləşdirilib.

S. Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, dünyasını dəyişib.

O, 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi" ni yaratdıqdan onra məşhurluq qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu