Polşa "Kalininqrad" adından imtina etməyə hazırlaşır


Polşa vətəndaşlarına Kalininqradın rus adından imtina etmək və yerli "Krulewiec" toponimindən istifadə etmək tövsiyə olunur.


AFN.az xəbər verir ki, bu barədə yerli "Interia" portalı məlumat yayıb. Qeyd edilir ki, bu istiqamətdə Coğrafi Adların Standartlaşdırılması üzrə Dövlət Komissiyası tərəfindən tövsiyələr verilib və dərhal qüvvəyə minib. Komissiya qərarı əsaslandırarkən mədəni irsi təşkil edən ənənəvi terminlərdən istifadə hüququna istinad edib və vurğulanıb ki, Ukraynadakı münaqişə tətbiq edilən adlar məsələsinə başqa cür baxmağa məcbur edir.

“Polşa Respublikasından kənarda Coğrafi Adların Standartlaşdırılması üzrə Komissiya, ölkənin Baş İnspektoru yanında fəaliyyət göstərən 125-ci iclasında qərara gəldi ki, Kalininqrad şəhəri üçün "Krulewiec" Polşa adının istifadə edilməsi tövsiyə olunur və "Kalininqrad" adının polyak dilində istifadə edilməsi tövsiyə edilmir" - deyə komissiyanın açıqlamasında bildirilir.

Həmçinin polyaklara "Krulevetskaya vilayəti" toponimindən istifadə etmək tövsiyə olunur: "Hər bir ölkənin öz dilində mədəni irsini təşkil edən ənənəvi adlardan istifadə etmək hüququ var, lakin o, öz dilində qəbuledilməz adlar işlətməyə məcbur edilə bilməz".

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın rusofobiya tərəfindən zəbt edildiyini və Rusiyaya dəli kimi nifrət etdiyini açıqlayıb. O əlavə edib ki, Qərb ölkələri nifrət etdikləri Rusiyaya qarşı mübarizə aparmaq üçün hər şeyi etməyə hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu