Kibariye səhnədən yıxılaraq xəstəxanalıq oldu - AÇIQLAMA+VİDEO

Türkiyənin tanınmış müğənnisi Kibariye dünən axşam Mersində “Romanlar Toplantısı” çərçivəsində səhnəyə çıxdığı konsert zamanı yıxılaraq yaralanıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, müğənninin meneceri onun son sağlamlıq durumu ilə bağlı açıqlama verib. O, Mersin Şəhər Xəstəxanasında müalicə alan sənətçinin durumunun normal olduğunu deyib: "Kibariye dünən axşam Mersində səhnədə keçirdiyi qəzaya görə Mersin Şəhər Xəstəxanasında ehtiyatlı müşahidə altındadır. Şükürlər olsun ki, həyati və çox ciddi sağlamlıq vəziyyəti yoxdur. Müşahidə prosesindən sonra evə buraxılacaq".