Baba nəvəsinin cəsədinin yanında saatlarla oturdu: Kiyevə hücumun FOTOSU


İyunun 1-nə keçən gecə rusların Kiyevdə raket hücumu zamanı 2012-ci il təvəllüdlü qız uşağlı həlak olub.


AFN.az "RBC Ukrayna"ya istinadən xəbər verir ki, Kiyevin Desnyanski rayonunda ümumilikdə 3 nəfər ölüb, 19 nəfər yaralanıb. Babanın ölən nəvəsinin yanında əyləşən şəkli isə artıq bütün dünyaya yayılıb və ona göz yaşları olmadan baxmaq mümkün deyil.

Qızın anasının da öldüyü və cəsədinin klinikanın qapısının yanında tapıldığı bildirilir. Məlum olub ki, övladı ilə birlikdə həmin klinikanın zirzəmisində yerləşən sığınacağa daxil olmaq istəyən qadın qapının bağlı olması səbəbindən dünyasını dəyişib. Onlar qapını döyüb, amma heç kim cavab vermədi. Bu zaman partlayış olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları klinikada və onun ərazisində əməliyyat-istintaq tədbirləri həyata keçirirlər. Faktlarla bağlı cinayət işləri başlanıb.

Paytaxtın gecə atəşə tutulması nəticəsində (Desnyanski, Dneprovski və Darnitski rayonlarında) ümumilikdə 19 nəfər yaralanıb. Onlardan 1-i uşaq olmaqla 3 nəfər ölüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu