Ərdoğan 8 saatdan çox nazirlərin hesabatlarını dinləyib


Türkiyə Nazirlər Kabinetinin prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclası səkkiz saat yarımdan çox davam edib.


AFN.az xəbər verir ki, görüş TRT telekanalı tərəfindən canlı yayımlanıb.

Xalqa müraciət edən Ərdoğan görüşün belə davam etməsini onunla izah edib ki, xarici səfərlə ölkəni tərk edən xarici işlər naziri istisna olmaqla, bütün nazirlər proqramla çıxış ediblər. Onlar çıxışlarında öz sahələri üzrə gələcək tədbirlər haqda məlumatlar veriblər.

Türkiyə prezidenti yeni konstitusiyanın qəbulunu yeni administrasiyanın daxili siyasi prioritetlərindən biri hesab etdiyini bildirib. Ərdoğanın sözlərinə görə, yeni konstitusiya Türkiyə cəmiyyətinin bütün təbəqələrini birləşdirəcək.

Ərdoğan Türkiyənin regionda və bütövlükdə beynəlxalq aləmdə siyasətinin daha da aktivləşəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu