Rocket Lab HASTE-nin gizli sınaqlarını həyata keçirib


Rocket Lab Pentaqonun maraqları üçün Hypersonic Accelerator Suborbital Test Electron (HASTE) suborbital raketinin gizli sınaqlarını həyata keçirib.


AFN.az xəbər verir ki, bu barədə “Spacenews” məlumat yayıb.

Raket iyunun 18-də Virciniyadakı (ABŞ) Uollops Kosmik Mərkəzindən buraxılıb. Başlanğıcdan bir saat yarım sonra şirkət missiyanın uğurlu olduğunu elan edib.

Nəşr yazır ki, HASTE-nin buraxılışı xüsusi məxfiliyi ilə seçilib və raketin özü də “Elektron”dan gücləndirilmiş dizaynda fərqlənir. Məlumdur ki, HASTE çəkisi 700 kiloqrama qədər olan faydalı yükü daşımağa qadirdir və Pentaqonun maraqları naminə hipersəs texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu