"Hyundai" elektrik avtomobillərinə külli miqdarda sərmayə qoymağı planlaşdırır


Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" 2030-2032-ci illər üçün uzunmüddətli investisiya və istehsal proqramını təqdim edib.


Yeni texnologiyaların, smart sistemlərin, az karbonlu, o cümlədən hidrogenin, onun sənaye müəssisələri üçün enerjinin, avtomobillər üçün elektrik texnologiyalarının və s.-nin inkişafına investisiyaların ümumi həcmi 109,4 trilyon von (85,4 milyard dollar) təşkil edəcək. Bu vəsaitdən 35,8 trilyon von (28 milyard dollar) yeni elektromobillərin inkişafı və istehsalına yönəldiləcək. 2030-cu ilə qədər şirkət illik 2 milyon elektrik avtomobilinin istehsalına çatmağı planlaşdırır.

"Kommersant" xəbər verir ki, 2022-ci ildə "Hyundai" elektrik avtomobillərinin qlobal satışı 510 min ədəd təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 40% çoxdur.

Şirkət daha əvvəl 2030-cu ilə qədər elektrik avtomobillərinin illik istehsalını 1,87 milyon ədədə çatdırmağı planlaşdırırdı. "Lakin elektriklə işləyən avtomobillərə qlobal tələb proqnozlardan daha sürətlə artdığından, şirkətimiz 2030-cu ilə qədər satış hədəfini yüksəltdi", - deyə "Hyundai" şirkətindən bildirilib.

Cənubi Koreya şirkəti həmçinin üç əsas bazarda: ABŞ, Avropa və Cənubi Koreyada avtomobil istehsalını artırmaqla yanaşı, Çində istehsalının bir hissəsini azaltmaq planlarını açıqlayıb.

"2021-ci ildə Çindəki ilk fabrikimiz satıldıqdan və 2022-ci ildə daha bir fabrik bağlandıqdan sonra "Hyundai Motor" bu il başqa zavodda istehsalı dayandırmağı planlaşdırır. İstehsalının artıq dayandırıldığı iki fabrik satılacaq, qalan iki fabrik isə təkmilləşdiriləcək. Çində satılan modellərimizin çeşidi 13-dən 8-ə endiriləcək və əsas diqqət SUV seqmentinə və Genesis xəttinə yönəldiləcək", – deyə şirkətin açıqlamasında qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu