"Hyundai" Rusiyadakı müəssisəsini satıb


Cənubi Koreyanın avtomobil şirkəti "Hyundai" Rusiyadakı istehsal obyektini satmaq qərarına gəlib.


Şirkətdən verilən açıqlamada 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətlərin dayandırıldığı xatırladılıb və ölkədəki istehsal müəssisəsinin satışına qərar verildiyi açıqlanıb.

“Şirkət bu gün direktorlar şurasının iclasını keçirib və Rusiyadakı "Hyundai Motor Production" (HMMR MMC) şirkətindəki bütün səhmlərinin “Art-Finance” MMC-yə satılması planını təsdiqləyib”. Açıqlamada "Hyundai"ın "Art-Finance" ilə müqavilənin son detalları üzərində işlədiyi qeyd edilib.

"Reuters" daha əvvəl elan etmişdi ki, "Hyundai" Rusiyadakı istehsal obyektini ləğv etməklə itkilərini təxminən 219,2 milyon dollar azaldacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu