"Ford" elektrik avtomobillərinin istehsalını azaltmaq qərarına gəlib


"Ford Motor" zərər çəkdiyi elektrikli avtomobil istehsalını azaltmaq qərarına gəlib.


Şirkətin baş direktoru Jim Farley bildirib ki, "Ford"un investisiyaları kommersiya avtomobillərinə yönəldilərək məhsul strategiyasında əhəmiyyətli bir dəyişiklik ediləcək.

Yüksək gəlirli "Ford Pro" kommersiya biznesini "güc mərkəzi" olaraq xarakterizə edən Farley, şirkətin bundan sonra daha çox qaz-elektrikli hibrid avtomobillər buraxmağı hədəflədiyini deyib.

Birinci nəsil akkumulyatorlu elektrik avtomobillərinin qiymətini azaltmaq üçün mübarizə aparan şirkət yaxın beş ildə qaz və elektriklə işləyən hibrid avtomobillərin satışını dörd dəfə artırmağı planlaşdırır.

Şirkət, vergidən əvvəlki illik mənfəət proqnozunu yüksəltməklə yanaşı, model E bölməsi üçün 4,5 milyard dollar zərər proqnozlaşdırıb. Ford ikinci rübdə model E tərəfindən gətirilən elektrik avtomobillərindən orta hesabla 32.000 dollardan çox itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu