"Ford" bu modelin istehsalını dayandırır


Son dövrlər bir çox problemlərlə üzləşən avtomobil sənayesində bir sıra qərarlar alınır. Məşhur markalar müxtəlif modellərinin istehsalını dayandırır, yaxud azaldır, müəyyən planlar təxirə salınır və s.


Məşhur avtomobil markası olan "Ford" da bu problemlərdən əziyyət çəkir. Şirkət tanınmış pikap "Bronco"nun bəzi modellərinin və detallarının istehsalını dayandırmaq qərarına gəlib. "Bronco" pikap avtomobillərinin istehsalı çip tədarükündən tutmuş səhv istehsal edilmiş hissələrə qədər bir çox problemlərlə üzləşib. Lakin onun yeni problemi var: "Ford Ranger". Növbəti nəsil "Rangers"lərin yenilənməsi "Bronco"nu vurdu.

Diqqətini "Ranger"ə yönəldən "Ford" konveyer xəttini bu avtomobilə həsr etdiyindən bir çox "Bronco" modelinin istehsalına fasilə verməli olub. İstehsalın dayandırılması qərarı 2023-cü ilin sonuna qədər davam edəcək. "Bronco"nun istehsalının 2024-cü ildə bərpa ediləcəyi gözlənilir. Lakin "Ford" şirkəti bununla bağlı dəqiq tarix verməkdən imtina edib. "Bronco"nun bu versiyalarının bir daha istehsal olunmaması və tarixə çevrilməsi də mümkündür.

Qeyd edək ki, "Bronco" ABŞ-da 35.000 dollardan başlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu