"Daihatsu" Yaponiyada istehsalını dayandırdı
Yapon şirkəti "Daihatsu Motor" modellərində səhv təhlükəsizlik keyfiyyəti testləri aşkar edildikdən sonra Yaponiyada istehsalını dayandırdığını açıqlayıb.
Daha əvvəl yerli və xarici satışları dayandırmağa qərar verən "Daihatsu" Yaponiyadakı fabrikində də istehsalı dayandırdığını açıqlayıb.
2024-cü ilin yanvarın sonuna qədər davam edəcək istehsalın dayandırılması qərarının 8 mindən çox avtomobil təchizatçısının fəaliyyətinə mənfi təsir göstərəcəyi qeyd edilib.