"Ford" Türkiyədə nəhəng zavod tikəcək


"Ford" Türkiyədə Avropanı akkumulyatorlarla təmin edəcək nəhəng zavod tikəcək.


Bu barədə AFN.az xarici mediaya istinadən məlumat verir. Bildirilir ki, Amerika istehsalçısı yerli xətti elektrik enerjisinə köçürmək üçün Avropa biznesinin restrukturizasiyasını davam etdirir.
“Yaşıl” modellər üçün dartma batareyaları Avropanın ən böyük təchizatçısı olacaq yeni zavod tərəfindən təmin ediləcək. O, “LG ​​Energy Solutions” və Türkiyənin “Koç Holdinq” şirkətləri ilə birgə tikiləcək. Artıq tərəfdaşlarla müqavilə imzalanıb.

"Zavodun Ankara yaxınlığında tikilməsi planlaşdırılır. Şirkət bu ilin sonunda tikintiyə start verməyi və 2026-cı ildə dartma batareyalarının istehsalına başlamağı gözləyir. Bununla belə, "LG Energy Solutions" və "Koç Holding"lə bağlanmış anlaşma memorandumu heç bir tərəfi heç nə ilə bağlamır", - deyə "Carscoops" yazır. "Ford"un planına görə, 2026-cı ildə başlanğıcda stansiyanın illik istehsal gücü 25 giqavat-saat olacaq, lakin zaman keçdikcə onu ildə 45 giqavat-saata qədər artırmaq olar. Zavod Avropa bazarında satılan elektrik avtomobilləri üçün akkumulyatorlar tədarük edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu