Ford 2022-ci ildə elektrik avtomobillərində 2 milyard dollar zərər edib


Amerika avtomobil istehsalçısı "Ford Motor" 2022-ci ildə elektrik avtomobil seqmentində 2,1 milyard dollar əməliyyat itkisi olduğunu açıqlayıb.


AFN.az-ın xəbərinə görə, şirkətin təqdimatında deyilir ki, adi və kommersiya avtomobilləri seqmentləri müvafiq olaraq 6,8 milyard və 3,2 milyard dollarlıq əməliyyat gəliri (düzəliş edilmiş EBIT) yaradıb.

"Ford" maliyyə nəticələrini açıqlamaq üçün yeni modelə keçərək ilk dəfə olaraq hesabatı regiona görə deyil, seqmentə görə təqdim edib. Ümumilikdə şirkət ötən il 10,4 milyard dollar əməliyyat mənfəəti əldə edib.

2023-cü ildə avtomobil istehsalçısı 9-11 milyard dollar aralığında əməliyyat gəliri, o cümlədən ənənəvi və kommersiya avtomobilləri seqmentlərində müvafiq olaraq təxminən 7 milyard və 6 milyard dollar mənfəət və elektrikli avtomobillərdən 3 milyard dollar zərər gözləyir.

Yeni hesabat modeli vasitəsilə "Ford" investorlara elektrikli avtomobil seqmentinin nəticələrini və onun daxili yanma mühərrikləri olan avtomobillərin satışından əldə edilən gəlirdən maliyyələşməsini daha yaxşı nümayiş etdirməyi hədəfləyir. "Söhbət təkcə maliyyə nəticələrinin açıqlanmasındakı dəyişikliklərdən getmir - biz düşüncə tərzini, qərar qəbul etmə və şirkətin idarəetmə proseslərini, gəlirliliyi artırmaq üçün kapitalın bölüşdürülməsini dəyişdiririk" - şirkətdən verilən açıqlamada belə deyilir.

Şirkətin səhmləri cümə günü erkən ticarətdə 1,3% ucuzlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu