"Nissan" və "Honda" elektrik avtomobillərinin istehsalında əməkdaşlıq etməyi planlaşdırır


Yaponiya konserni "Nissan Motor" və "Honda Motor" əməkdaşlıq imkanlarını nəzərdən keçirir.


AFNaz "Nikkei"yə istinadən xəbər verir ki, avtomobil nəhəngləri bu dəfə elektrik avtomobillərinin inkişafı və istehsalı sahəsində birgə işləmək niyyətindədirlər.

Şirkətlər elektrik mühərrikli avtomobillər üçün ümumi transmissiya və platformaya keçməyi, eyni zamanda akkumulyatorların və digər komponentlərin birgə alınması imkanlarını müzakirə edirlər.

Bu əməkdaşlıqda məqsəd daha ucuz elektromobillər təklif edən Çin brendi BYD-nin Yaponiya bazarına daxil olmasının qarşısını nisbətən almaqdır. Əməkdaşlığın istehsal xərclərini azaltması və rəqabət qabiliyyətini artırması proqnozlaşdırılır.

Yapon avtomobil istehsalçıları bu yaxınlarda sıfır emissiyaya nail olmaq üçün texnologiyaların inkişafına böyük diqqət yetirirlər. Belə ki, Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota Motor" 2030-cu ilə qədər Avropada yalnız elektrik və hibrid mühərrikli avtomobillərin satışını qarşısına məqsəd qoyub. Çində o, 2035-ci ilə qədər belə göstəricilərə nail olmaq istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu