Hakan Fidan: "Ankara “taxıl müqaviləsinin” uzadılması ideyasına sadiqdir"


Ankara “taxıl müqaviləsinin” uzadılması ideyasına sadiqdir.


Bunu iyulun 5-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Qoşulmama Hərəkatının əlaqələndirmə bürosunun nazirlər toplantısında çıxışı zamanı deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Türkiyə ən vacib mövzular üzrə danışıqları təmin edə bilib:

“Qara dəniz təşəbbüsü sayəsində biz Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına gətirə bildik və qlobal ərzaq böhranının qarşısını aldıq. Türkiyə təşəbbüsü yaşatmağa sadiqdir və biz sizin dəstəyinizə ümid edirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu